Artur Rasi-zadə: “İnkişafdan səhərə kimi danışa bilərəm”

10:00 28-02-2020 471

“Tam əminəm ki, respublikamızın mövqeyi gələcək illərdə həm daxildə, həm də xaricdə indikindən də yüksək olacaq. Mənə göstərdiyiniz diqqətə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Arzu edirəm ki, Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun”.

HerGun.Az-ın məlumatına görə, bunu keçmiş Baş nazir Artur Rasi-zadə Prezident İlham Əliyevin ona 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninin təqdimi ilə bağlı görüşdə deyib.

Artur Rasi-zadə bildirib ki, Prezidentin Silahlı Qüvvələrə diqqəti ordunun döyüş qabiliyyətini dəfələrlə artırıb.

“Ümumiyyətlə, inkişafdan danışsaq, mən səhərə kimi danışa bilərəm”, - deyə Artur Rasi-zadə əlavə edib.

Qeyd edək ki, fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.