Aygün Kazımovanın canlı efirdə fonoqramı kəsildi - VİDEO

11:40 28-02-2020 544

Xalq artisti Aygün Kazımova “Instagram” hesabında paylaşdığı arxiv görüntülərlə gündəmə səs salıb.

HerGun.Az xəbər verir ki, 20 il öncə keçmiş ABA TV-nin lotoreya proqramında çıxış edən pop divanın başına iş gəlib. 

Sənətçi canlı yayımda “Mən və sən” hitini oxumağa başlayan zaman gözlənilmədən mahnının fonoqramı kəsilib. Bu anda özünü itirməyən A.Kazımova verilişdə iştirak edən qonaqların alqış səslərinin sədaları altında rəqs etməyə başlayıb. Texniki problem aradan qaldırıldıqdan sonra isə Aygün ifasını davam etdirib. 

Xalq artisti 20 il öncə yaşadığı hadisəyə belə şərh verib:

“20 il əvvəl bu gün... Ən böyük problemlər mənim başıma gəlir. Hər vəziyyətdə mənə güc verən sizin sevginiz olur”.

Rəşad Əliyev