Tanışını şərləmək istədi, qazdığı quyuya özü düşdü – VİDEO

03:40 02-03-2020 590

Şəki şəhərindən Arif adlı şəxs Balakən rayon sakini Zahid Xanlayevə mobil telefondan zəng edərək Şəki-Balakən marşutu ilə hərəkət edən sərnişin mikroavtobusu vasitəsi ilə ona bir ədəd bağlamanın göndərildiyini bildirib.

HerGun.Az xəbər verir ki, həmin bağlamanı açan zaman Xanlayev orada narkotik vasitə olan heroin və 4 ədəd avtomat gülləsi aşkar edib. Z.Xanlayev məsələylə bağlı dərhal polisə məlumat verib.

Məlumat əsasında aparılmış əməliyyat-axtarış tədbiri zamanı məlum olub ki, Balakən şəhər sakini, Ələkbər İsmayılov, Zahid Xanlayevi narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırmaq məqsədi ilə bilərəkdən bu cinayət hadisəsini törədib.

Məlum olub ki, İsmayılov Qax şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini Rəşid Məmmədovla birlikdə Şəki şəhər avtovağzalına gedərək Məmmədovdan 3 ədəd kağız bağlamanı Şəki-Balakən marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun sürücüsü Arif Hüseynova verməsini istəyib.

Keçirilmiş tədbir nəticəsində hadisədə iştirak edən Ələkbər İsmayılov, Rəşid Məmmədov və Arif Hüseynov şübhəli şəxs qismində saxlanılıblar.

Saxlanılanlardan Ələkbər İsmayılov barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.