UEFA Avropa Liqasının final görüşünün stadionu müəyyənləşdi

19:40 02-03-2020 470

Niderlandın paytaxtı Amsterdamda təşkil olunan UEFA İcraiyyə Komitəsinin iclasında bir sıra tədbir və final oyunlarının keçiriləcəyi yer müəyyənləşib.

HerGun.Az xəbər verir ki, UEFA-nın 44-cü Konqresi 2021-ci ildə Belarusun paytaxtı Minskdə baş tutacaq.

Avropa Liqasının 2022-ci ildəki finalı Budapeştdəki “Puşkaş Arena”da (Macarıstan), UEFA Superkuboku 2022-ci ildə Helsinkidəki Olimpiya Stadionunda (Finlandiya) və 2023-cü ildə “Kazan Arena”da (Rusiya) keçiriləcək.

Qadınlar arasında Çempionlar Liqasının 2022-ci ildəki finalı Turindəki “Yuventus” stadionu (İtaliya), 2023-cü ildə isə Eydhovendəki PSV (Hollandiya) arenasında təşkil olunacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbəti yığıncağı mayın 27-də Polşanın Qdansk şəhərində baş tutacaq.