Dağıstanda “ayılar” dava etdi - VİDEO

06:40 04-03-2020 498

Dağıstanın Kaspiysk şəhərində qeyri-adi dava qeydə alınıb.

“Gazeta.ru” xəbər verir ki, dava ayı paltarı geyinən iki animator arasında baş verib.

Qonur və ağ “ayıların” davasında birinci daha güclü çıxıb.

Münaqişənin səbəbləri barədə məlumat yoxdur.

Ehtimal edilir ki, animatorlar ərazini bölüşdürə bilməyiblər.