“Kainat gözəli”nin iştirakçısı bu görüntülərə görə tənqid olundu - FOTO/VİDEO

14:40 04-03-2020 524

“Kainat gözəli” müsabiqəsinin iştirakçısı avstraliyalı Reyçel Finç sərt tənqid olunub. Buna səbəb onun uşaqlarının səhər yeməyi ilə bağlı “Instagram” hesabından paylaşdığı foto olub.

Bu barədə “Daily Mirror” xəbər yayıb.

Şəklə baxanda aydın olur ki, altı yaşlı uşaq məktəbə ancaq təzə meyvə-tərəvəz aparır. Sosial şəbəkə istifadəçiləri onu uşağı ac qoymaqda ittiham ediblər, digərləri isə uşağa şirniyyat vermədiyi üçün onu qınayıblar.

Finç isə buna cavab olaraq, yeməyin sadəcə bir qismini paylaşdığını bildirib. Belə ki, o həmin qabda makaron, düyü krikeri və gül kələmi olduğunu da vurğulayıb.

Qeyd edək ki, R.Finç “Kainat Gözəli 2009” müsabiqəsində iştirak edərək üçüncü yeri qazanıb. O, hazırda Avstraliyada yaşayır və məşqçi kimi çalışır.