İlham Əliyev nazir müavini təyin etdi

17:00 05-03-2020 485

Səhiyyə Nazirliyində yeni təyinat olub.

HerGun.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Viktor Qasımov Səhiyyə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri vəzifəsində işləyib.

İlhamə Əbülfət