Ani diqqətsizlik nəticəsində qolundan olacaqdı - FOTO

23:20 05-03-2020 435

Zavodda işləyən fəhlə bir anlıq diqqətsizlik səbəbindən qolunu itirmək təhlükəsi ilə üzləşib.

“HaberGlobal”ın məlumatına görə, dəhşətli hadisə Türkiyənin Aydın vilayətində qeydə alınıb.

42 yaşlı Hayrettin Palamutun qolu kərə yağı maşınının içində qalıb. Ağrı içində qışqıran fəhlənin səsinə gələn yoldaşları dərhal təcilə yardıma xəbər veriblər.

Tibb işçiləri ilkin müdaxilə kimi zərərçəkənə sistem vurublar. Yanğınsöndürənlər də 20 dəqiqə ərzində maşını ehtiyatla kəsərək, Palamutun qolunu çıxarıblar.

Hazırda zərərçəkən reanimasiyada yatır. Sağ qolu parçalanan kişinin vəziyyəti ağır qiymətləndirilir.