Qusarda qardaş qardaşı bıçaqlayıb öldürdü
00:00 06-03-2020 505
Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı şəhərində qeydiyyatda olan, müvəqqəti olaraq Qusarda yaşayan 1970-ci il təvəllüdlü Orucov Raul Luğman oğlu şəxsi münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Orucov Kamran Luqmanoviçi bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.