Məşhur futbolçu koronavirusa yoluxdu

07:20 06-03-2020 418

Danimarka yığmasının sabiq futbolçusu Tomas Kalenberq koronavirusa yoluxub.

“AP” xəbər verir ki, bu yaxınlarda Amsterdamdan qayıdan 36 yaşlı Kalenberq Danimarka çempionatında çıxış edən “Brondbü” və “Lyünqbü” komandalarının görüşməsini canlı izləyib.

Bundan sonra 2010-cu ildə keçirilən futbol üzrə Dünya çempionatının iştirakçısında koronavirus aşkar edilib.

Kopenhaqeni təmsil edən “Brondbü” klubundan verilən məlumata əsasən, Kalenberqlə təmasda olan klubun 13 əməkdaşı, o cümlədən müdafiəçi Joel Kabonqo, məşqçinin müavini Martin Retov və baş dirketor Ole Palma ev karantininə göndərilib.

Həmçinin, Kalenberqlə görüşən üç “Lünqbü” futbolçusu – Martin Ornskov, Kasper Yorqensen və Patrik da Silva əsas heyətdən təcrid edilib.