Qaxda qoyun oğrusu tutuldu

11:00 07-03-2020 472

Qax Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Əmircan kənd sakini ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən 6 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olan müraciət əsasında Qax RPŞ əməkdaşları tərəfindən əməliyyat keçirilib. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Hidayət Əliyev saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı heyvanları satdığını bildirib.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.