Azərbaycanda yaşlı kişi amansızlıqla qətlə yetirildi

20:00 07-03-2020 542

Saatlıda 55 yaşlı kişi qətlə yetirilib.

Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Qardaşov Paşa Tofiq oğlu qonşusu 1989-cu il təvəllüdlü Əliyev Fariz Sahib oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə öldürülüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.