Çingiz Mustafayevdən xanımlara tənqid: “Üzlərindəki nuru yoxa çıxarırlar” - VİDEO

11:40 08-03-2020 548

Xalq artisti Zülfiyyə Xanbabayeva ARB kanalında yayımlanan “Söhbət var” verilişində qonaq olub. 

Axşam.az xəbər verir ki, Azərbaycan xanımlarının gözəlliyindən danışan sənətçi onlara tərif yağdırıb: 

“Bizim xanımlar çox gözəldir. Onların mayası, xəmirləri o qədər gözəl yoğrulub ki, üzlərində nur olur. Kimsə özünə baxırsa, estetik müdaxilə edirsə, bu normal bir şeydir. Amma bizim xanımlarımızın üzündə nur var”. 

Proqramda qonaq olan müğənni Çingiz Mustafayev isə xanımları tənqid edib: 

“Sizə elə gəlmir ki, artıq xanımlar biri-birinə oxşamağa başlayıblar? Allah onlara gözəllik verib, amma üzlərindəki nuru yoxa çıxarmaq üçün əllərindən gələn hər şeyi edirlər. Qadın olur ki, toya gedəndə istəyir ki, gözəl görünsün. Salonda özünü elə günə salır ki, daha da pisləşir. Normalda daha qəşəng olurlar”.