Bu məhsullar avitaminozla mübarizədə kömək edir

05:00 09-03-2020 480

Dietoloq-həkim Yelena Solomatina vitamin çatışmazlığında hansı məhsulların yararlı olduğu haqda danışıb.

“RİA Novosti” xəbər verir ki, mütəxəssis müəyyən vitaminlərin çatışmazlığının ciddi xəstəliklərə yol aça biləcəyini vurğulayıb.

“A” vitamini çatışmayanda görmə qabiliyyəti zəifləyir, koordinasiya pozulur. Bədəndə “B” qrupuna aid vitaminlər az olduqda yuxusuzluq, baş ağrıları, yaddaşın pisləşməsi müşahidə edilir. “C” vitamininin çatışmazlığı tez-tez virus xəstəliklərinə yoluxmağa zəmin yaradır”, - deyə həkim qeyd edib.

Y.Solomatina bu vitaminləri təkcə tibbi vasitələrlə yox, həmçinin adi məhsulların sayəsində əldə etməyin mümkün olduğunu bildirib.

“A” vitaminini lobya, kök, balqabaq, turp və dana ciyərindən almaq olar. “B” vitamini qozda, badamda, dəniz məhsullarında, ağartılarda, quru meyvələrdə, yumurtada boldur. “C” vitamininizin balansını bərpa etmək üçün kələm, sitrus meyvələri, itburnu və alma yeməlisiniz. “D” vitaminini isə göbələk, balıq yağı və orqanik yağlar bərpa edir”, - deyə mütəxəssis əlavə edib.