Şəmkirdə internet klubdan oğurluq edənlər ələ keçdi - FOTO/VİDEO

13:20 09-03-2020 597

Martın 1-də Şəmkir Rayon Polis Şöbəsinə rayonun Qaracaəmirli kəndindəki internet klubdan oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Şəmkir RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, hadisə yerindən ümumi dəyəri 6500 manat olan dörd ədəd müxtəlif markalı televizor və dörd ədəd oyun aparatı oğurlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri  29 yaşlı Fuad İbrahimov və əvvəllərlə məhkum olunmuş 27 yaşlı  Ayxan Hüseynov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təqdim ediliblər. 

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.