Ərdoğan: “Heç bir Avropa ölkəsi Suriyadakı insanlıq dramına laqeyd qala bilməz” - VİDEO

01:40 10-03-2020 405

Belçikaya birgünlük işgüzar səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Anadolu agentliyi xəbər verir ki, tərəflər görüşdən sonra mətbuat konfransı keçiriblər. 

Ərdoğan çıxışı zamanı deyib ki, heç bir Avropa ölkəsi Suriyada münaqişəyə və insanlıq faciəsinə laqeyd münasibət bəsləməməlidir.

Türkiyə dövlət başçısı bildirib ki, NATO müttəfiqi Türkiyə ilə həmrəylik nümayiş etdirməlidir: 

“Biz İŞİD-lə sinə-sinəyə mübarizə aparan və şəhidlər verən yeganə NATO ölkəsiyik”.