İtaliya koronavirusa görə “qırmızı zona” elan edildi

02:00 10-03-2020 342

İtaliyanın Baş Naziri Cüzeppe Konte ölkədə koronavirusun yayılması ilə əlaqədar görülmüş fövqəladə tədbirlər haqqında məlumat verib. O bildirib ki, ölkə ümumilikdə “qırmızı zona” elan edilib.

“Corriere della Sera” nəşrinin məlumatına görə, İtaliyada bütün kütləvi tədbirlər qadağan edilir, məktəblər, universitetlər bağlanır, futbol üzrə ölkə çempionatı dayandırılır.

Qeyd edək ki, son rəqəmlərə görə, İtaliyada 9172 nəfər koronavirusa yoluxub. Onlardan 463-ü vəvat edib. Daha 700 nəfər şəxsin vəziyyəti ağır qiymətləndirilir.