Məşhur müğənni Çernobılda özünü təhlükəyə atdı – VİDEO

03:00 10-03-2020 501

Almaniyanın məşhur “Rammstein” qrupunun solisti Till Lindemann Ukraynanın Pripyat şəhərində özünü təhlükəyə atıb.

“Lenta.ru” xəbər verir ki, müğənni Kiyevdə konsert verdikdən sonra ölkənin Çernobıl bölgəsinə səfər edib.

Qeyd etmək lazımdır ki, radiyasiya səbəbindən bu təhlükəli bölgəyə gələn turistlərə əşyalara toxunmağı qadağan edirlər.

Buna baxmayaraq, kadrlarda müğənninin insansız şəhərdə karuseldə fırlandığını görmək olar.