Onları parlament rəhbərliyi kürsüsündən “qaldırdılar”

11:40 10-03-2020 411

Milli Məclisin sədri və vitse-spiker vəzifələrinə namizədlər müəyyənləşib.

HerGun.Az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında Sahibə Qafarovanın parlamentin sədrliyinə namizədliyi irəli sürülüb.

Milli Məclis sədrinin birinci müavini postuna namizədliyi irəli sürülmüş Əli Hüseynlinin seçiləcəyi gözlənilir.

YAP-ın parlamentin vitse-spikerliyinə namizədi isə Hicran Hüseynovadır.

Müstəqil deputatlar korpusunun parlament sədrinin müavini vəzifəsinə namizədi isə Adil Əliyevdir.

Qeyd edək ki, beşinci çağırış Milli Məclislin spikeri Oqtay Əsədov idi. Birinci vitse-spiker Ziyafət Əsgərov, digər vitse-spikerlər isə Bahar Muradova və Valeh Ələsgərov idi.  

O.Əsədovla Z.Əsgərov Milli Məclisə növbədənkənar seçkilərdə də deputat seçiliblər.

YAP seçkilərdə B.Muradovanın namizədliyini irəli sürmədi. Bitərəf Valeh Ələsgərov da seçkidə iştirak etmədi.

Aqşin Kərimov