Parlamentin komitə sədrləri - SİYAHI

14:00 10-03-2020 395

Milli Məclisin iclasında parlamentin komitələrinə sədrlər seçilib.

HerGun.Az-ın məlumatına görə, deputat Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Musa Quliyev isə Əmək və sosial siyasət komitəsinin sədri təsdiqləniblər.

YAP-çı deputat Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri olub.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri yenidən Səməd Seyidov olub.

Hakim partiyanı təmsil edən deputat Əhliman Əmiraslanov yenidən Səhiyyə komitəsinin sədri seçilib.

Bitərəf deputat Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri olub.

Milli Məclis sədrinin müavini Adil Əliyev Gənclər və idman komitəsinin sədri seçilib. 

Bəxtiyar Əliyev parlamentin Elm və təhsil komitəsinin sədri seçilib.

Milli Məclis sədrinin yeni birinci müavini, YAP-çı deputat Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri olub. 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə isə yenidən Ziyafət Əsgərov sədrlik edəcək.

Parlament sədrinin müavini Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin sədri seçilib. 

Aqşin Kərimov