Ekstremal selfi etməyə çalışan qız həyatını itirdi

05:40 11-03-2020 338

İspaniyanın paytaxtı Madriddə 14 yaşlı qız çoxmərtəbəli evin damından düşərək həlak olub.

“Metro” xəbər verir ki, faciənin təfərrüatları haqda qızın dostları danışıb.

Onların sözlərinə görə, məktəbli evin damında selfi çəkməyə çalışarkən müvazinəti itirərək yerə yıxlıb.

Qız hadisə yerindəcə keçinib.