Ukraynalı turistlər Rafaelin Vatikandakı freskasında öz adlarını cızıblar

06:00 11-03-2020 316

Ukraynalı turistlər Rafaelin Vatikanda yerləşən məşhur “Otaqlar” freskasına öz adlarını həkk ediblər.

“Ren TV” xəbər verir ki, bu barədə həmin incəsənət əsərinə baxmağa gələn turistlərdən biri öz “Facebook” səhifəsində paylaşıb.

Freskanın üstündə “Lena, Tamara, Vinnitsa” yazısını görmək olar.

“Bir anlıq başıma hava gəldi. Bu biabırçılıq da deyil, başqa şeydir...deməyə sözüm yoxdur”, - deyə paylaşımın müəllifi etiraf edib.