İnsan sifətli donuz balası görənləri dəhşətə gətirdi – VİDEO

08:00 11-03-2020 388

Venesuelanın Quebrada Arriva bölgəsində yerləşən kəndlərdən birində doğulan qüsurlu donuz görənləri dəhşətə gətirib.

“Daily Star” xəbər verir ki, kadrlarda naməlum şəxsin dəsmala bürünmüş yenicə doğulmuş donuz balasını əlində tutduğunu görmək olar.

Mutasiyaya məruz qalan heyvanın sifətinin insan sifətinə bənzədiyi aydın görünür.

Videoda arxada duran qadın üç saat öncə dünyaya gələn heyvanın insana bənzər saçları da olduğunu bildirir.