Məşhur prodüser təcavüzkar əməllərinə görə 23 il azadlıqdan məhrum edilib

21:00 11-03-2020 314

Hollivudun tanınmış prodüseri Harvey Vaynştayna 23 il həbs cəzası verilib.

“Meduza” xəbər verir ki, bu barədə Nyu-York məhkəməsi hökm çıxarıb. Vaynştayn təcavüzkarlıqda və cinsi zorakılıqda günahlandırılıb. Onun qurbanları arasında məşhurlar - aktrisalar, stilistlər, kino sənayesində çalışanlar üstünlük təşkil edir. 

Qeyd edək ki, məşhur #MeToo kampaniyası onun barəsində təcavüz iddiaları ortaya çıxdıqdan sonra başlayıb. Vaynştayn tərəfindən təcavüzə məruz qaldığını iddia edən qadınların sayı 80-dən çoxdur.