Məşhur Hollivud ulduzu Enistona şok təhdid: Öldürülməlidir

02:00 12-03-2020 459

Hollivud prodüseri Harvi Vaynşteyn məşhur aktrisa Cenifer Enistonu öldürməklə hədələyib. Bu barədə “Variety” xəbər yayıb.

Məlumata görə, “The National Enquirer” saytının jurnalisti 2017-ci ildə kinematoqrafçı ilə əlaqə saxlayaraq, Enistona qarşı təcavüz iddiaları ilə bağlı söz-söhbəti şərh etməsini istəyib.

“Cen Eniston öldürülməlidir”, - deyə Vaynşteyn ona cavab yazdığı elektron məktubunda bildirib.

Bununla belə, Enistonun nümayəndəsi aktrisanın prodüserə qarşı heç bir ittiham irəli sürmədiyini deyib.