Ronaldu "Yuventus"a qayıtmaqdan imtina etdi

13:20 12-03-2020 420

“Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İtaliyaya qayıtmayacağını kluba bildirib.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Klubun futbolçusu Daniel Ruqanidə COVID-19 yeni tip koronavirusun aşkarlanmasından sonra “Yuventus”un bütün heyətinin karantinə götürüləcəyi qeyd olunur.