Bu ölkədə bir aylıq fövqəladə vəziyyət elan edildi

18:20 12-03-2020 346

Çexiyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib.

TASS-ın məlumatına görə, bu barədə ölkənin Baş naziri Andrey Babiş deyib.

O, Çexiyada fövqəladə vəziyyətin 30 gün davam edəcəyini bildirib.

Eyni zamanda, respublika ərazisinə virusun geniş yayıldığı 13 ölkədən - Çin, Koreya, İran, İtaliya, İspaniya, Avstriya, Almaniya, İsveçrə, Norveç, İsveç, Niderland, Belçika və Böyük Britaniyadan turistlərin gəlişinə qadağa qoyulub.

Hazırda Çexiya ərazisində 96 nəfərdə koronavirus aşkar edilib.