Millimizin üzvü Rusiyada klubunu dəyişdi

20:40 12-03-2020 434

Futzal üzrə Azərbaycan milli komandasının braziliyalı üzvü Tyaqo Bolinya karyerasını Rusiyanın “Tümen” klubunda davam etdirəcək. 

HerGun.Az xəbər verir ki, buna qədər Norilskin “Nikel” klubunda çıxış edən hücumçu Rusiya çempionu ilə mövsümün sonuna qədər anlaşıb. 

O, yeni komandasına apreldə keçiriləcək UEFA Çempionlar Liqasının “Dördlər finalı”nda kömək edəcək.