AÇ-2020 bir il sonraya təxirə salınır?

22:40 12-03-2020 436

AVRO-2020 koronavirus (COVİD-19) epidemiyası səbəbindən təxirə salına bilər. 

HerGun.Az xəbər verir ki, bu barədə Fransanın “Ekip” nəşri iddia ilə çıxış edib. 

Nəşrin əməkdaşları UEFA-nın planlarını aşkara çıxarıblar. 

Məlumata görə, martın 17-də elan olunacaq qərara əsasən, çempionat bir il sonraya keçirilə bilər. 

Bu qərarın verilməsi üçün FİFA-nın da razılığı olmalıdır. Belə ki, 2021-ci ilin yayında ilk dəfə yeni formatda keçiriləcək klublararası dünya çempionatı da nəzərdə tutulub. 

Qeyd edək ki, 4 oyunu Bakıda keçiriləcək AVRO-2020 iyunun 12-dən iyulun 12-dək olan müddətdə təşkil olunması planlaşdırılırdı.