ABŞ daha bir Rusiya şirkətinə sanksiya tətbiq etdi

02:20 13-03-2020 385

Vaşinqton “Rosneft”in İsveçrə filialı olan TNK Trading International S.A. (TTI) şirkətinə qarşı sanksiya tətbiq edib.

Bu haqda ABŞ-ın Maliyyə Nazirliyi xəbər yayıb.

Məlumata əsasən, məhdudiyyətlər şirkətin Venesuela iqtisadiyyatının neft sektorunda işləməsi ilə bağlıdır.

“2020-ci ilin fevralın 18-i Rosneft Trading С.А. (RTSA) şirkətinə qarşı sanksiya tətbiq edildikdən sonra RTSA-ya nəql edilən Venesuela nefti, sanksiyalardan qaçınmaq üçün TTI şirkətinə həvalə edilib”, - deyə nazirlikdən bildiriblər.

Qeyd etmək lazımdır ki, şirkətə mayın 20-dək vaxt verilib.