Kanadanın baş nazirinin həyat yoldaşı da COVID-19-a yoluxdu

09:40 13-03-2020 475

Kanadanın Baş naziri Castin Trüdonun həyat yoldaşında COVID-19 yeni tip koronavirus aşkarlanıb.

“HaberGlobal”ın məlumatına görə, baş nazirin həyat yoldaşının virusla bağlı testləri müsbət çıxıb.

Sofi Trüdonun vəziyyətinin yaxşı olduğu və zəruri tədbirlərin görüldüyü bildirilib.

Həyat yoldaşından xəstəlik aşkarlanmasından sonra Castin Trüdo da 14 gün müddətinə karantinə götürülüb.