On gün ərzində bütün iranlılar tibbi müayinədən keçəcək

17:20 13-03-2020 306

İranın Baş qərargah rəisi yeni tip koronavirusla mübarizə çərçivəsində bazarlarda, küçələrdə olan ticarət və satış mərkəzlərinin boşaldılacağını açıqlayıb.

“Anadolu” xəbər agentliyinin məlumatına görə, general-mayor Məhəmməd Bakıri koronavirus tədbirləri çərçivəsində ölkənin ali lideri Əli Xameneinin rəhbərliyi ilə qurulan qərargahın ilk iclasından sonra açıqlama verib.

Bakıri bütün iranlıların 10 gün ərzində tibbi müayinədən keçiriləcəyini və şübhəlilərin müalicə olunacağını bildirib.

İran rəsmisi bunun üçün ölkə daxilində 1000 sağlamlıq mərkəzi yaradılacağını və müayinələrin klinik şəraitdə aparılacağını deyib.

Təhlükəsizlik qüvvələrinin Daxili İşlər Nazirliyi və vilayət başçıları ilə koordinasiyalı olaraq küçələri boşaltma vəzifəsini icra edəcəyini ifadə edən Bakıri xalqı Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməyə çağırıb.