Azyaşlılar qəbristanlığa hücum edib məzarları dağıtdılar

18:00 13-03-2020 410

Rusiyanın Ryazan vilayətində azyaşlılar qəbristanlıqda “vandallıq” ediblər.

REN TV-nin Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə İdarəsinə istinadən verdiyi məlumata görə, doqquz yaşlı üç məktəbli qəbristanlığa hücum edib.

Onlar 11 məzarı dağıdaraq, onların üzərindəki xaçları sındırıblar.

Hadisənin təfərrüatları araşdırılır.