Türkiyədə koronavirusa yoluxanların sayı artıb

20:00 13-03-2020 348

Türkiyədə koronavirusa yoluxanların sayı beşə çatıb. 

“Haber Global”ın məlumatına görə, ölkənin səhiyyə naziri Fahreddin Koca daha üç nəfərdə koronavirus aşkarlandığını açıqlayıb. 

Xatırladaq ki, martın 12-də Türkiyədə prezidentin sədrliyi ilə koronavirusla bağlı müşavirə keçirilib. Müşavirədə bütün təhsil müəssisələrinin bağlanması, bütün kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması haqqında qərar qəbul edilib.