Dünyanın ən zənginləri ilin əvvəlindən 1 trilyon dollar kasıblayıb

03:00 14-03-2020 382

2020-ci ilin əvvəlindən Top 500-ə daxil olan dünyanın ən zəngin insanları koronavirusun yayılması və neftin qiymətlərinin düşməsi fonunda təxminən $1 trilyon itirib.

Bu barədə “Bloomberg”  yazır.

Agentlik bildirir ki, martın 12-də dünyanın ən zəngin insanlarından 500-nün ümumi itkiləri 331 milyard dollar təşkil edib. Bu da Top 500-dəki biznesmenlərin ilin əvvəlindən ümumilikdə  950 milyard dollara qədər itirməsinə gətirib çıxarıb. Ümumilikdə, onlar ümumi sərvətlərinin 16% - ni itiriblər.

“Buna səbəb pandemiyanın yayılmasının qorxusu və neftin qiymətinin çökməsi nəticəsində bazarın çaxnaşmaya düşməsi olub”, - deyə agentlik bildirir.

Ən çox  “Louis Vuitton Moët Hennessy” şirkətinin rəhbəri Bernar Arnonun sərvəti azalıb. Belə ki, o, 9,5 milyard dollar itirib.  “Amazon.com”un təsisçisi Ceff Bezos isə 8,1 milyard dollar itirib. “Microsoft”un təsisşilərindəni olan Bill Qeyts ilk üçlüyü bağlayır, onun sərvəti 6,9 milyard dollar azalıb.