Paytaxtda 23 yaşlı gənc bıçaqlanıb

06:00 14-03-2020 549

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.

1993-cü il təvəllüdlü İbrahimzadə Elvin Elçin oğlu naməlum şəxslərlə mübahisə zəminində bıçaqlanıb. 

Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.