Boksçularımızın Londondakı rəqibləri bilindi

09:40 14-03-2020 489

Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin püşkü atılıb. 

HerGun.Az xəbər verir ki, 40 ölkədən 350 idmançının qatılacağı yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

Yığmamızın heyətində bir boksçu 1/32, beşi 1/16, digər beşi 1/8 finaldan mübarizəyə qoşulacaq.

“Koper Boks Arena”da keçiriləcək yarışda Tokio-2020 Yay Olimpiya Oyunlarına 77 lisenziya öz sahibini tapacaq. Bunlardan 50-si kişi boksçuların, 27-si qadın idmançıların payına düşəcək.

Kişilərin yarışında 52 kq, 57 kq və 63 kq-da ilk “səkkizlik”də qərarlaşacaq boksçular Olimpiadada iştirak hüququ qazanacaq. 69 kq, 75 kq və 81 kq-da “altılıq” lisenziyaya sahib olacaq. Ağır çəkilərdə – 91 kq və +91 kq-da isə “dördlük” Tokio-2020 arzusunu reallaşdıracaq.

Qadın boksçularımızın mübarizə aparacağı 51 kq və 57 kq çəki dərəcələrində “altılıq” lisenziyaya sahib olacaqsa, 75 kq-da isə “dördlük” Olimpiadada iştirakını rəsmiləşdirəcək.

Qeyd edək ki, bu gün start götürəcək turnir ayın 24-də başa çatacaq.

Kişilər

14 mart
1/32 final
-75 kq

Kamran Şahsuvarlı – Edin Avdiç (Avstriya)

1/16 final
-57 kq

Tayfur Əliyev – Bişara Sabbar (İsrail)

15 mart
1/16 final
-63 kq

Cavid Çələbiyev – Kiril Rusinov (Bolqarıstan)

-91 kq
Rauf Rəhimov – Mücahit İlyas (Türkiyə)

16 mart
1/16 final
-69 kq

Lorenso Sotomayor – Dmitri Qalaqot (Moldova)

1/8 final
-52 kq

Rüfət Hüseynov – Kosmin-Petre Qırlyanu (Rumıniya)

17 mart
1/8 final
-81 kq

Alfonso Dominqes – İbrahim Bazuyev (Almaniya)/Stefan Qrekul (Ukrayna)

18 mart
1/8 final
+91 kq

Məhəmməd Abdullayev – Adam Kulik (Polşa)

Qadınlar

14 mart
1/16 final
-51 kq

Anaxanım Ağayeva – Tatyana Kob (Ukrayna)

17 mart
1/8 final
-57 kq

Məhsəti Həmzəyeva – Aycan Güldağı (Türkiyə)/Cenifer Fernandes (İspaniya)

75 kq
Aynur Rzayeva – Yelizaveta Voyçik (Polşa)