İranda zəlzələ baş verib

04:40 16-03-2020 300

İranın cənubunda yerləşən Hörmüzqan əyalətində 5,4 maqnitudasında zəlzələ baş verib.

“İnterfaks” xəbər verir ki, hadisə yerli vaxtla saat 22:04-də qeydə alınıb.

Zəlzələnin episentri Bəndər-Xəmir şəhərindən 39 kilometr uzaqlıqda olub.

Dağıntılar və qurbanlar barədə hələ ki məlumat yoxdur.