Gözəllik müsabiqəsinin qalibi sərhədi qanunsuz keçərkən həyatını itirib

08:00 16-03-2020 331

Hamilə olan qvatemalalı gözəllik müsabiqəsinin qalibi Meksika və ABŞ sərhəddində qurulmuş divarı aşmaq istəyərkən yıxılıb və həyatını itirib.

“The Mirror” xəbər verir ki, 19 yaşlı Miriam Estefani Giron Luna 7 metrlik hündürlükdən düşərək can verib.

Qeyd etmək lazımdır ki, qadın səkkiz aylıq hamilə imiş.

Hadisə yerinə gələn həkimlər qeysəriyyə əməliyyatı keçirərək uşağı xilas etmək istəyiblər, lakin buna nail ola bilməyiblər.