Bütün deputatların veb-səhifələri yaradılacaq

12:00 16-03-2020 405

Milli Məclisin saytı yenilənəcək.

HerGun.Az-ın məlumatına görə, bu barədə parlamentin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev bildirib.

O deyib ki, parlamentin hər bir komitəsinin ayrıca saytı olacaq. Bəxtiyar Əliyev onu da əlavə edib ki, hər bir deputatın veb-səhifəsi yaradılacaq. 

“Bu veb-səhifələr vasitəsilə deputatlarla əlaqə qurulacaq, müzakirələr aparılacaq”, - deyə komitə sədri əlavə edib. 

Aqşin Kərimov