Avropanın bu şəhərində “qəpik-quruşa” evlər satılır

19:40 16-03-2020 436

Xorvatiya hökuməti ölkə ərazisində evlərin, demək olar ki, pulsuz satışına başlayıb.

“Hrvatska radiotelevizija” xəbər verir ki, Leqrad şəhərində evlər və həyətyanı sahələr bir kuna (0,25 AZN) qiymətinə satılır.

Bu qiymətə əmlaka sahib olmaq üçün müəyyən şərtlər var; potensial alıcılar 40 yaşdan aşağı olmalı və satış razılığından sonra 15 il ərzində şəhər ərazisində yaşamalıdır.

Bunun müqabilində hökümət evlərin 35000 kuna dəyərində (8.759 AZN) subsidiyasını və 25000 kuna (6.256 AZN) məbləğində təmir xərcini kompensasiya etməyə hazırdır.

Leqrad meri İvan Saboliç şəhərdə işçi qüvvəsinin azlığı səbəbindən daha çox insan cəlb etmək üçün dövlətin belə bir qərar verdiyini deyib.

O, artıq Xorvatiyanın, demək olar ki, bütün regionlarından, həmçinin Sloveniya, Bosniya və Hersoqovinadan müraciətlərin daxil olduğunu qeyd edib.