Braziliyada 400-ə yaxın məhbus həbsxanadan qaçdı

04:00 17-03-2020 353

Braziliyanın Monqaqua (San-Paulu ştatı) şəhərində yerləşən həbsxanalardan birindən 400-ə yaxın məhbus qaçıb.

“G1” portalı xəbər verir ki, penitensiar xidmətin əməkdaşlarını əsir götürən məhbuslar yarımaçıq tipli həbsxanadan qaçıb.

Qeyd etmək lazımdır ki, polis hal-hazırda əsirlərin buraxılması barədə danışıqlar aparır.

Ətraf bölgələrdə isə müvafiq axtarışlar keçirilir.

Braziliya qanunvericiliyinə əsasən, yarımaçıq tipli penitensiar müəssisələrində silahlı nəzarətçilər olmur.