Koronavirus səbəbindən İtaliyada qəzet nekroloq üçün on dəfə çox səhifə istifadə edir - VİDEO

07:20 17-03-2020 383

Koronavirusun tüğyan etdiyi İtaliyada vəziyyətin nə qədər ciddi olduğunu əks etdirən video yayılıb.

“RAİ” xəbər verir ki, ən çox virusa məruz qalan Lombardiya bölgəsinin Berqamo şəhərində gündəlik çap edilən “L’Eco di Bergamo” qəzetində əgər əvvəl nekroloq üçün bir səhifə bəs edirdisə, hal-hazırda bunun üçün heç 10 səhifə yetmir.

Bu böyük fərq sadəcə bir ay içində baş verib.

Kadrlarda göründüyü kimi, videonun müəllifi ilk növbədə qəzetin 9 fevralda çıxan nüsxəsini, sonra isə 13 martda çıxan nüsxəsini vərəqləyir.

Qeyd edək ki, İtaliyada artıq 25 minə yaxın insan koronavirusa yoluxub, 1800 nəfər xəstəlikdən həyatını itirib.