Arnold Şvartsenegger yeni “dostları” ilə koronavirusdan qorunur – VİDEO

08:20 17-03-2020 514

Dünyaca məşhur Hollivud ulduzu Arnold Şvartsenegger Viski adlı uzunqulaq və Lulu adlı poni ilə evdə təcrid olunaraq, yaşlı insanlar üçün yazılan qaydalara riayət etməyə çalışır.

“The Times” xəbər verir ki, sevimli “dost”larını köklə bəsləyən aktyor öz fanatlarına müraciət edib.

“Mümkün qədər evdə çox qalın.  Mütəxəssislərə qulaq asın, ağılsız insanlara məhəl qoymayın. Kaliforniyada 65 yaşından yuxarı insanlara evi tərk etmək qadağan edilib. Mənim isə artıq 72 yaşım var. Baxın biz nə edirik. Çölə çıxmırıq, restoranlara getmirik”, - deyə Şvartsenegger tövsiyyə edib.