Türkiyədə koronavirusa yoluxanların sayı 47-yə çatdı

09:20 17-03-2020 420

Türkiyədə koronavirusa (COVID-19) yoluxanların sayı 47 nəfərə çatıb. 

HerGun.Az xəbər verir ki, bununla bağlı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabında məlumat yayıb. 

Onun sözlərinə görə, epidemiyaya son yoluxanlardan 29-u ABŞ, Yaxın Şərq və Avropadan, üçü isə ümrə ziyarətindən gəlib:

“Xaricdən gələnlərlə bağlı risk qalmaqdadır. Qoyulmuş qaydalara ciddi əməl edək”.

Samir İsayev