İtaliyada zəlzələ baş verib

13:20 17-03-2020 351

İtaliyada 3,5 bal gücündə zəlzələ baş verib.

“Rai News 24” xəbər verir ki, təkanlar Kalabriya vilayətində qeydə alınıb.

Təkanların hiss edildiyi Kosenza əyalətində insanlar küçələrə axışıblar.

Dağıntı və tələfatlar barədə məlumat verilmir.

Xatırladaq ki, 28000-ə qədər insanın koronavirusa yoluxduğu İtaliyanın bütün ərazisində karantin elan edilib, əhalinin bir yerə toplaşması qadağandır.