ÜST koronavirusla son rəqəmləri açıqladı

00:20 18-03-2020 340

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyi (COVID-19) - 16 mart 2020-ci il tarixinə olan son məlumatı açıqlayıb. 

Məlumata görə, son 24 saat ərzində Afrikada iki, Avropada bir, Amerika regionunda bir yeni ölkədə koronavirus xəstəliyinə ilk yoluxma halları qeydə alınıb.

Təsdiqlənmiş yoluxma və ölüm hallarının sayı:

Dünyada: 167 515 yoluxma halı (13 903 yeni)
6606 ölüm halı (862 yeni)

Çində: 81 077 yoluxma halı (29 yeni)
3218 ölüm halı (14 yeni)

Çinin xaricində:
86 438 yoluxma halı (13 874 yeni)
3388 ölüm halı (848 yeni)
150 ölkə/ərazi (4 yeni)

ÜST risk qiymətləndirilməsi:
Çində: Çox yüksək
Regional səviyyədə: Çox yüksək
Qlobal səviyyədə: Çox yüksək