Aleksander Çeferin: “Belə bir şəraitdə Avropa çempionatını keçirə bilməzdik”

01:00 18-03-2020 397

“Biz çox sayda insanın yaşadığı idmanı idarə edənlərik. Məhz belə məqamlarda futbol ictimaiyyəti birlik, məsuliyyət və həmrəylik nümayiş etdirməlidir”.

Bu sözləri Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin AVRO-2020-nin təxirə salınmasından danışarkən səsləndirib.

O bildirib ki, azarkeşlər, işçilər və oyunçuların sağlamlığı UEFA üçün hər şeydən vacibdir:

“Hamı başa düşdü ki, daha yaxşı nəticəyə nail olmaq üçün nələrisə qurban vermək lazımdır. Belə bir şəraitdə Avropa çempionatını keçirə bilməzdik”.

Xatırladaq ki, UEFA bugünkü videokonfransda AVRO-2020-nin təxirə salınmasına və gələn il keçirilməsinə qərar verib.