Türkiyədə koronavirusdan ilk ölüm faktı qeydə alındı

01:40 18-03-2020 312

Türkiyədə koronavirusdan ilk ölüm faktı qeydə alınıb. 

“Haber Global” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahreddin Koca keçirdiyi mətbuat konfransında təsdiqləyib. Nazir vəfat edənin 89 yaşı olduğunu bildirib. 

F.Koca əlavə edib ki, hazırda Türkiyədə koronavirusa yoluxanların sayı 98-ə çatıb.