Pompeo Rusiyanı İdlibdə türk hərbçilərini qətl etməkdə ittiham etdi

03:20 18-03-2020 365

ABŞ Dövlət Katibi Mayk Pompeo Rusiyanı Suriyanın İdlib bölgəsində onlarla türk əsgərini qətl etməkdə ittiham edib.

“Biz Rusiyanın öz hərbi əməliyyatları çərçivəsində onlarla türk hərbçisini qətlə yetirdiyindən əminik”, - deyə Pompeo əlavə edib.

“New York Post” xəbər verir ki, Pompeo ABŞ-ın NATO üzrə tərəfdaşı olan Türkiyəni dəstəklədiyini bəyan edib.

“İdlibdə və bütün Suriyada zorakılığa son qoymaq məqsədi ilə əlavə yardım məsələsini gözdən keçirəcəyik”, - deyə dövlət kaitibi vurğulayıb.